"Neftçi" Antalyada ilk yoxlama oyununu keçirib - VİDEO

"Neftçi" Antalyada ilk yoxlama oyununu keçirib - VİDEO Komanda Türkiyənin "Sivasspor” klubu ilə qarşılaşıb
Futbol
9 Yanvar , 2017 01:55
Neftçi Antalyada ilk yoxlama oyununu keçirib - VİDEO

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının "Neftçi” klubu Antalya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyənin "Sivasspor” klubu ilə qarşılaşıb.

"Bellis Deluxe” otelinin meydançasında baş tutmuş görüşdə qapılara qol vurulmayıb – 0:0. "Neftçi"nin üstünlüyü şəraitində keçmiş oyunun 50-ci dəqiqəsində hakimin təyin etdiyi şübhəli penalti zərbəsini qapıçı Maksim Vaylo dəf edib.

"Neftçi” oyuna bu heyətlə çıxıb: 33.Boban Baykoviç (53.Maksim Vaylo, 46), 14.Kirilo Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski (22.Mahir Şükürov, 46), 27.Məqsəd İsayev, 13.Murad Ağayev (80.Edson Kastilyo, 69), 8.Zdenek Folprext, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç (3.Jairo Rodriges, 82).

Son xəbərlər

Orphus sistemi