Yuxarı
    Bağlamaq

    Nazim Süleymanov: "Bu dəvət sürpriz oldu"

    Hər şeyin qiymət dəyəri var, diqqətin isə dəyəri yoxdur

    Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın məşhur futbolçusu Nazim Süleymanov Topaz Premyer Liqasının "Neftçi" - "Xəzər Lənkəran" matçından öncə 50 illik yubileyi münasibətilə mükafatlandırılmasına dair fikirlərini bildirib. N.Süleymanov "Report"a açıqlamasında dəvəti oyuna az müddət qalmış aldığını söyləyib.

    Təcrübəli mütəxəssis dəvətin onun üçün sürpriz olduğunu deyib: "Oyuna 3-4 saat qalmış mənə zəng gəldi. Dedilər ki, sizi "Neftçi" - "Xəzər Lənkəran" matçında görmək istərdik, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev sizi təbrik etmək niyyətindədir. Bu, mənim üçün sürpriz oldu. Açığı, bunu gözləmirdim. Ramin müəllimə də dedim".

    Fevralın 11-də keçirilmiş qarşılaşma öncəsi R.Musayevdən əlavə, "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov da N.Süleymanovu təbrik edib, ona şarf və forma hədiyyə edib. Ötənlərin tanınmış hücumçusu diqqətə görə təşəkkürünü bildirib: "Həqiqi mənada təsiredici idi. Hər şeyin qiymət dəyəri var. Diqqətin isə dəyəri yoxdur. O diqqətə görə təşəkkürümü bildirirəm".

    Yaradıcılarından olduğu "Xəzər Lənkəran"dan heç bir mükafat almamasına gəlincə, N.Süleymanov burada heç bir problem görmədiyini bildirib: "Ola bilsin, "Xəzər Lənkəran"a deyilməyib. Bu klubla da yaxşı ünsiyyətdəyəm, sıx əlaqələrim var. Başqa şey heç vaxt ağlıma gəlməz, gəlmədi də. İnsanların da ağlına belə şey gəlməsin".

    Qeyd edək ki, Nazim Süleymanov 1983-1990-cı illərdə "Neftçi"də futbolçu, 2013-cü ilin oktyabrından sonlarınadək baş məşqçi kimi çalışıb. O, 1995-ci ildə "Alaniya"nın heyətində Rusiya çempionu, 1992 və 1996-cı illərdə vitse-çempion olub. Hazırda N.Süleymanov işsizdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi