Nazim Süleymanov: Böyük hesablı məğlubiyyətə görə xalqımızdan üzr istəyirəm

Nazim Süleymanov: Böyük hesablı məğlubiyyətə görə xalqımızdan üzr istəyirəm 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Ukrayna ilə oyunu şərh edib
Futbol
10 Noyabr , 2015 22:53
Nazim Süleymanov: Böyük hesablı məğlubiyyətə görə xalqımızdan üzr istəyirəm

Bakı. 10 noyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov öz fikirlərini səsləndirib.

"Report"un məlumatına görə, Süleymanov qeyd edib ki, onun yetirmələri pis oyun nümayiş etdirib.

"Nəticə də bunu göstərir. Birinci hissədə qapılara qol vurulmasa da, Ukrayna yığmasının fərqlənmək üçün imkanları oldu. Biz də rəqibi əks-hücumda yaxalamaq istəyirdik ki, qol epizodu yaradıb fərqlənə bilək. Təəssüf ki, buna nail ola bilmədik", - deyə baş məşqçi vurğulayıb.

Onun sözlərinə görə, oyun intizamı da qane edici səviyyədə olmayıb: "Ukraynalı futbolçular bizim oyunçulardan üstün oynadı. Böyük hesablı məğlubiyyətə görə futbolçular və öz adımdan xalqımızdan üzr istəyirəm. Uduzmaq olar, amma mübarizə aparmadan təslim olmaq peşəkarlığa sığmır".

Xatırladaq ki, romandamız Ukrayna yığmasına 0:4 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi