Yuxarı
    Bağlamaq

    Naxçıvanda keçirilən Heydər Əliyev Kubokuna yekun vurulub

    Qaliblərə mükafatı Vasif Talıbov təqdim edib

    Bakı. 30 may. REPORT.AZ/ Naxçıvanda Heydər Əliyev Kuboku uğrunda keçirilən futbol turnirinə yekun vurulub. "Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışda 4 komanda – “Araz Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala” iştirak ediblər. 

    Qalib və mükafatçılar sonuncu turda müəyyənləşib. Günün ilk oyununda "Zaqatala" və "Mil-Muğan" komandaları qarşılaşıblar. 1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşdə "Zaqatala"dan 20-ci dəqiqədə Yusif Pranov, "Mil-Muğan"dan isə 90+2-ci dəqiqədə Emin Cəfərquliyev fərqlənib. Bu oyunda "Zaqatala" ilk, "Mil-Muğan" 5-ci xalını qazanıb. 

    Yarışın qalibi isə günün son oyununda müəyyənləşib. "Araz Naçıvan"ı 90+2-ci dəqiqədə Ruslan Nəsirlinin qolu sayəsində 1:0 hesabı ilə məğlub edən MOİK 7 xalla yarışın qalibi olub. Gümüş medalları aktivində 5 xal olan "Mil-Muğan", bürünc medallara isə 3 xala malik "Araz Naxçıvan" yiyələnib.

    Turnirdə eyni zamanda fərdi nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb:

    Ən yaxşı qapıçı – Əli Həsənli (MOİK)

    Ən yaxşı oyunçu – Tofiq Mikayılov (“Mil Muğan”)

    Ən yaxşı bombardir – Rəhman Musayev (MOİK)

    Fərdi nominasiyalar üzrə mükafatları, eləcə də gümüş və bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər. Yarışın qızıl medallarını və Heydər Əliyev Kubokunu qalibə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təqdim edib. Digər komanda üzvləri ilə də görüşən V.Talıbov onlara gələcək yarışlarda uğurlar arzulayıb.

    Komandalarla yanaşı, R.Musayev Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən mükafatlandırılıb. Onun futbol turnirinin təşkilatçılığındakı işləri yüksək qiymətləndirilib. Peşəkar Futbol Liqasının prezidentinə xüsusi mükafatı A.Cabbarov təqdim edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi