"Napoli" Qattuzonun rəhbərliyi ilə ilk matçda məğlub olub

"Napoli" Qattuzonun rəhbərliyi ilə ilk matçda məğlub olub Neapolun Napoli klubu İtaliyanın A Seriyasının 16-cı turunun matçında Parma tərəfindən məğlubiyyətə uğradılıb.
Futbol
15 Dekabr , 2019 01:45
Napoli Qattuzonun rəhbərliyi ilə ilk matçda məğlub olub

Neapolun "Napoli" klubu İtaliyanın A Seriyasının 16-cı turunun matçında "Parma" tərəfindən məğlubiyyətə uğradılıb.

"Report" xəbər verir ki, Neapolda "San-Paolo"da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı "Parma" açıb. Artıq dördüncü dəqiqədə Deyan Kuluşevski fərqlənib.

"Napoli" Jennaro Qattuzonun rəhbərliyi altında keçirdiyi birinci matçın 64-cü dəqiqəsində rəqibə Arkadiuş Milikanın qolu ilə cavab verib.

Oyunda son nöqtə Jervinonun vurduğu qol ilə qoyulub.

"Parma" bu nəticə ilə 24 xal toplayaraq, A Seriyanın yarış cədvəlində 21 xalı olan "Napoli"ni qabaqlayıb və yeddinci yerə yüksəlib.

Son xəbərlər

Orphus sistemi