"Napoli" İtaliya Kubokunda "Spetsiya"ya qalib gəlib - VİDEO

"Napoli" İtaliya Kubokunda "Spetsiya"ya qalib gəlib - VİDEO Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
11 Yanvar , 2017 07:57
Napoli İtaliya Kubokunda Spetsiyaya qalib gəlib - VİDEO

Bakı. 11 yanvar. REPORT.AZ/ "Napoli" futbol üzrə İtaliya Kubokunun 1/8 final mərhələsində "B" Seriyasında çıxış edən "Spetsiya"nı məğlub edərək ¼-ə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Neapol şəhərində keçirilən görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Pyotr Zelinski (3-cü dəqiqə), Emanuele Cakkerini (55) və Manolo Qabbyadini (57) fərqləniblər. "Spetsiya"nın heyətində yeganə qolu Antonio Pikkolo (35) vurub.

Neapol klubu ¼-də "Fiorentina"-"Kyevo" cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi