Yuxarı

​Nani "Qalatasaray" və "Ayaks"la oyunlara çıxa bilməyəcək

Fənərbağçanın Portuqaliyalı futbolçusu Kayserisporla matçda zədələnib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Nani Super Liqanın IX turunda "Qalatasaray"a, Avropa Liqasında isə Hollandiya "Ayaks"ına qarşı böyük ehtimalla forma geyinə bilməyəcək. "Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçu ölkə çempionatında "Kayserispor"la (1:0) oyunda zədələnib.

Start heyətində meydana çıxan 28 yaşlı yarımmüdafiəçi ikinci hissənin ilk dəqiqələrində zədələnərək yerini Dieqo Ribasa verib. Vaxt itirilmədən futbolçunun müalicəsinə başlanılsa da, portuqaliyanın İstanbul derbisi və Avroliqa oyununda çıxış etmə şansı çox azdır.

Bu gün aparılacaq tibbi müayinədən sonra onun hansı müddətə futbol oynamayacağı dəqiqləşəcək.

Qeyd edək ki, "Fənərbağça" "Ayaks"la oktyabrın 22-də, "Qalatasaray"la isə oktyabrın 25-də qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi