Namiq Ələsgərov: "Qol vurmaq və komandama kömək etmək istəyirdim"

Namiq Ələsgərov: "Qol vurmaq və komandama kömək etmək istəyirdim" "Ümidimiz finala vəsiqə qazanmaqdır"
Futbol
12 Aprel , 2018 21:21
Namiq Ələsgərov: Qol vurmaq və komandama kömək etmək istəyirdim

Qəbələ. 12 aprel. REPORT.AZ/ "Çətin oyun olacağını bilirdik. Oyuna çox yaxşı hazırlaşmışdıq. İkinci matça daha da sərfəli nəticə ilə yollanırıq. Kubok iki oyundan ibarətdir. Hər şey ola bilər. Cavab oyununa daha yaxşı şəkildə hazırlaşmalıyıq. Birinci oyundakı yaxşı çıxışı yenidən sərgiləyib, finala vəsiqə qazanmaq istəyirik".

Bunu "Report"un Şirvan bürosuna açıqlamasında Azərbaycan Kubokunun yarımfinal matçında səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Neftçi" klubunun futbolçusu Namiq Ələsgərov söyləyib.

Yarımmüdafiəçi daha sonra vurduğu qol haqqında danışıb:

"Bu oyunda çox istəkli idim. Qol vurmaq və komandama kömək etmək istəyirdim. Qələbə də qazandıq. Komandanın oyunu yaxşı alındı".

23 yaşlı yarımmüdafiəçi sonda cavab oyunu haqqında fikirlərini bölüşüb: "Ümidimiz finala vəsiqə qazanmaqdır. Əlimizdən gələni edəcəyik ki, o oyunda da sərfəli nəticə ilə finala vəsiqə qazanaq".

Son xəbərlər

Orphus sistemi