Yuxarı

Haitili futbolçu: "Neftçi" sevgi, emosiya, ehtiras deməkdir" - MÜSAHİBƏ

Mustivar klubun rəsmi saytına müsahibə verib

"Neftçi"nin futbolçusu Soni Mustivar 30 yaşının tamam olması münasibətilə klubun rəsmi saytına müsahibə verib. 

"Report" həmin müsahibəni təqdim edir.

- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?

- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).

- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?

- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.

- Bu günü necə keçirəcəksiniz?

- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəyəm. Qeyri-adi bir şey olmayacaq.

- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?

- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.

- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.

- Bəli və buna görə qürur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.

- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?

- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi