Yuxarı

Müğənni Röya Ayxan Avropa çempionatına hazırlaşan Azərbaycan yığması ilə görüşüb

Çempionatın səfiri komandaya uğurlar arzulayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Müğənni Röya Ayxan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Bakının Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilib. 

Mayın 5-də Bakıda start götürəcək Avropa çempionatının səfiri yığmaya uğurlar arzulayıb. 

Qeyd edək ki, mayın 21-dək davam edəcək çempionatda Azərbaycan yığması ilk görüşünü açılış mərasiminin ardından Portuqaliyaya qarşı keçirəcək.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi