Yuxarı

​Muarem Muarem "Qarabağ" klubundan ayrılıb

Makedoniyalı futbolçu: Sizi unutmayacağam, böyük Qarabağ azarkeşləri, bir gün görüşəcəyik

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Muarem Muarem Ağdam təmsilçisi ilə yollarını ayırıb. "Report" xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkələrdən birində məlumat paylaşıb.

Makedoniyalı futbolçu "Qarabağ" azarkeşlərinə səslənərək, "Sizi unutmayacağam, böyük "Qarabağ" azarkeşləri, bir gün görüşəcəyik" deyib.

Qeyd edək ki, Muarem Muarem 2012-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi