Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Muarem Muarem Ağdam təmsilçisi ilə yollarını ayırıb. "Report" xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkələrdən birində məlumat paylaşıb.
Makedoniyalı futbolçu "Qarabağ" azarkeşlərinə səslənərək, "Sizi unutmayacağam, böyük "Qarabağ" azarkeşləri, bir gün görüşəcəyik" deyib.
Qeyd edək ki, Muarem Muarem 2012-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.