Mourinyo istefaya göndəriləcəyi təqdirdə böyük məbləğdə təzminat alacaq

Mourinyo istefaya göndəriləcəyi təqdirdə böyük məbləğdə təzminat alacaq Bakı. 18 dekabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu əsas komandanın baş məşqçisi Joze Mourinyonu istefaya göndərəcəyi təqdirdə portuqaliyalı mütəxəssisə böyük məbləğdə təzminat ödəməli olacaq.
Futbol
18 Dekabr , 2018 12:08
Mourinyo istefaya göndəriləcəyi təqdirdə böyük məbləğdə təzminat alacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu əsas komandanın baş məşqçisi Joze Mourinyonu istefaya göndərəcəyi təqdirdə portuqaliyalı mütəxəssisə böyük məbləğdə təzminat ödəməli olacaq.

“Report” “Daily Record”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 55 yaşlı məşqçini qış “transfer pəncərəsi” bağlanana qədər vəzifədən kənarlaşdırarsa, klub 24 milyon funt sterlinq ziyana düşəcək. Mourinyonun göndərilməsi bu müddətdən sonraya təsadüf edərsə, ona 18 milyon funt sterlinq ödəmək lazım gələcək.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. “Qırmızı şeytan”ların qeyri-stabil çıxışı və sərgilədiyi futbol J.Mourinyonun istefasını gündəmə gətirib. Onun rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının 1/8 finalında Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi