"Monako" ucaboy hücumçusu ilə yollarını ayırıb

"Monako" ucaboy hücumçusu ilə yollarını ayırıb Bakı. 31 avqust. REPORT.AZ/ Fransanın “Monako” klubu futbolçusu Lasina Traore ilə yollarını ayırıb.
Futbol
31 Avqust , 2018 13:26
Monako ucaboy hücumçusu ilə yollarını ayırıb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Fransanın “Monako” klubu futbolçusu Lasina Traore ilə yollarını ayırıb. 

"Report"un məlumatına görə, bu barədə kot d ivuarlı hücumçunun agenti Dmitri Selyuk açıqlama verib. O, 28 yaşlı forvardla sözləşmənin qarşılıqlı razılıq əsasında pozulduğunu və müştərisinin azad agent statusu aldığını bildirib. 

2,03 metr boya malik Traore "Monako"ya 2014/2015 mövsümündə transfer olunub. Lakin əsas heyətdə möhkəmlənə bilməyən oyunçu dəfələrlə müxtəlif komandalara - İngiltərə “Everton”u, Rusiya MOİK-i, İspaniya “Sportinq”i və Fransa “Amyen”inə icarəyə verilib. O, habelə, Rusiyanın "Kuban" və "Anji", Rumıniyanın ÇFR klublarında çıxış edib. Son mövsümdə “Amyen”in heyətində 18 oyuna çıxan forvard fərqlənə bilməyib.

Qeyd edək ki, Lasina Traore 2015/2016 mövsümündə "Monako"da oynadığı vaxt Avropa Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ”a qol vurub. Həmin görüş "knyazlıq klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi