​Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib

​Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib Müqavilənin şərtləri bu gün dəqiqləşəcək
Futbol
23 Dekabr , 2015 14:10
​Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol üzrə Moldova yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. "Report"un Moldova mətbuatına istinadən verdiyi məlumata görə, bu, Rusiya millisinin sabiq futbolçusu İqor Dobrovolskidir.

48 yaşlı mütəxəssis bu gün Moldova Futbol Federasiyası rəsmiləri ilə görüş keçirəcək. Bu görüşdə müqavilənin bütün şərtləri müəyyənləşəcək.

Qeyd edək ki, rusiyalı mütəxəssis 2007-2009-cu illərdə də Moldova yığmasında çalışıb. Onun rəhbərliyi altında komanda AÇ-2016-nın seçmə qrup mərhələsində 12 xal qazanıb. 

Son xəbərlər

Orphus sistemi