Yuxarı
    Bağlamaq

    "Mladost"un baş məşqçisi: "Bakıya meydanda ora-bura qaçmaq üçün gəlməmişik"

    Bu, Mladost”un son 15 ildə buraxdığı ən gözəl qol idi

    Bakı. 5 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə "İnter”lə qarşılaşacaq "Mladost”un baş məşqçisi Nenad Milovanoviç oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

    "Report"un məlumatına görə, təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb...

    - Əvvəlcə burda olduğumuz iki gün ərzində bizə göstərdikləri münasibətə, yaratdıqları şəraitə görə "İnter” rəhbərliyinə təşəkkür edirəm. Biz ilk dəfə avrokuboklarda iştirak edirik. Serbiyada orta səviyyəli klubuq. Bu, bizim üçün yeni təcrübədir. Bununla yeni komandalar tanımaq şansı əldə etdik. "İnter” güclü rəqibdir. Bu komanda daha təcrübəlidir. "İnter”in yaxşı 3 hücumçusu var - Rauf Əliyev, Nizami Hacıyev və Pərdis Fərcad-Azad. Onlar əks-hücumlardan istifadə etməyi bacarırlar. İlk oyunda bizim də şanslarımız oldu. Lakin yararlana bilmədik. "İnter” ilk oyunda yaxşı nəticə qazanıb. Cavab oyununda doğma azarkeşlər qarşısında oynayacaqlar. Buna görə də onları favorit sayırıq. Biz isə sabahkı oyunda Serbiya futbol məktəbinin gücünü ən yaxşı şəkildə göstərməyə çalışacağıq.

    - Mərhələ keçməyə neçə faiz inam var?

    - Bu, futboldur. Dəqiq nə isə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bura meydanda ora-bura qaçmaq üçün gəlməmişik. Faizlə bağlı heç nə deyə bilmərəm.

    - 0:3 hesablı məğlubiyyətdən sonra sizin Serbiyadakı rəqiblərinizdən "Napredak” "Facebook” səhifəsində komandanızı ələ salmışdı...

    - Mən 3 il həmin komandanın baş məqşçisi olmuşam. Onlarla avrokubok uğrunda mübarizədə biz qalib gəldik. Yəqin ki, buna görə ediblər. Lakin həmin komandanın azarkeşlərinin böyük əksəriyyəti avrokuboklarda bizi dəstəkləyirlər. Yəni, bu cür fikirdə olanlar həmin komandanın azarkeşlərinin çox cüzi hissəsidir.

    - Burada çoxlu serbiyalı futbolçu çıxış edib. Onlardan "İnter”lə bağlı məlumat almısınız?

    - Bəzi futbolçulardan məlumat əldə etmişəm. Ancaq əsas məlumatı "instad”dan almışam.

    - Oyunda iki erkən qol vursanız, bu, komandaya növbəti mərhələyə adlamaq üçün üstünlük verəcəkmi?

    - Əlbəttə, belə olsa, bizim üçün daha yaxşı olar. Lakin "İnter” 3 mərkəz müdafiəçisi ilə oynaır. Ona görə, bu komandanın müdafiə xəttini yarmaq çox çətin olacaq.

    - Sabahkı oyun üçün standart vəziyyətlər üzərində çalışmısınız?

    - Qol vurmaq çox yaxşıdır. Fərqi yoxdur: bu, oyunda olsun və ya standart vəziyyətdən. Bəli, bu cür vəziyyətlər üzərində çalışırıq. "İnter”in ilk oyunda vurduğu qollara gəldikdə, Skarlatake cərimə zərbələrini çox gözəl yerinə yetirdi. Qapıçının bu zərbələri qaytarmaq şansı demək olar ki, yox idi. Rauf Əliyevin vurduğu qol isə "Mladost”un son 15 ildə buraxdığı ən gözəl qol idi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi