Misirin "Əl-Əhli" klubu azarkeşlərin həddindən artıq çox olması səbəbindən məşqini ləğv edib

Misirin "Əl-Əhli" klubu azarkeşlərin həddindən artıq çox olması səbəbindən məşqini ləğv edib Məşq Afrika Çempionlar Liqasının final oyununa hazırlıq xarakteri daşıyıb
Futbol
31 Oktyabr , 2017 22:14
Misirin Əl-Əhli klubu azarkeşlərin həddindən artıq çox olması səbəbindən məşqini ləğv edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Afrika Çempionlar Liqasının finalçısı olan Misirin "Əl-Əhli" klubu çərşənbə axşamı Qahirədə keçirməli olduğu məşqini ona baxmağa gələn azarkeş sayının həddindən artıq çox olması səbəbindən təxirə salmaq məcburiyyətində qalıb.

"Report" "BBC Sport"a istinadən xəbər verir ki, "Əl-Əhli" Afrika Çempionlar Liqası finalının oktyabrın 28-də keçirilən birinci oyununda Mərakeşin "Vidad" kollektivi ilə 1:1-lik heç-heçə edib.

Liqanın qalibini müəyyən edəcək cavab matçı noyabrın 4-də Mərakeşdə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi