Bakı. 27 iyun. REPORT.AZ/ Misir Futbol Federasiyası milli komandanın baş məşqçisi Ektor Kuperlə yollarını ayırıb.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum 63 yaşlı mütəxəssisin başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Misir DÇ-2018-də A qrupundakı hər 3 oyunda məğlub olaraq mundialı xalsız başa vurub. Komanda 28 il sonra dünya çempionatında iştirak edib.