Misir Futbol Federasiyası ilə Məhəmməd Salah arasında münaqişə baş verib

Misir Futbol Federasiyası ilə Məhəmməd Salah arasında münaqişə baş verib Federasiya şəxsiyyətindən reklam məqsədi ilə yararlandığı futbolçuya kompensasiya ödəmək istəmir
Futbol
30 Aprel , 2018 10:21
Misir Futbol Federasiyası ilə Məhəmməd Salah arasında münaqişə baş verib

Bakı. 30 aprel. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah ilə Misir Futbol Federasiyası arasında münaqişə baş verib.

"Report" "Ahram" agentliyinə istinadən xəbər verir ki, səbəb milli komandanın futbolçularını daşıyan təyyarədə 26 yaşlı forvardın təsvir olunmasıdır. Federasiya şəxsiyyətindən reklam məqsədi ilə istifadə etdiyi Salaha kompensasiya ödəmək istəmir.

Daha əvvəl futbolçunun agenti bu insidentə görə qurumu tənqid edib. Əvəzində onun davranışı federasiya tərəfindən ləyaqətsizlik kimi qiymətləndirilib. Oyunçunun özü isə sosial şəbəkədəki hesabında hadisələrin belə gedişindən məyus olduğunu vurğulayıb. Onun fikrincə, belə məsələlər daha nəzakətlə həll olunmalıdır.

Misirin idman naziri Xaled Abd əl-Əziz məsələni araşdıracağını bildirib. 

Son xəbərlər

Orphus sistemi