Bakı. 24 mart. REPORT.AZ/ Avstriyanın Vyana şəhərində keçirilən bugünkü konqresdə UEFA-nın yeni prezidenti seçilib. "Report"un məlumatına görə, Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib.
O, növbəti 4 il müddətinə Avropa futbolunu birləşdirən quruma rəhbərlik edəcək. Platini ona göstərilən etimatdan dolayı üzvlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, bundan öncə 2 dəfə UEFA-ya prezident seçilən Mişel Platini 3-cü dəfə bu vəzifəni icra edəcək.