Yuxarı

Mişel Platini UEFA prezidenti vəzifəsində daha 4 il qalacaq

Fransalı funksioner seçkiyə alternativsiz gedir

Bakı. 26 dekabr. REPORT.AZ/ UEFA-nın hazırkı rəhbəri Mişel Platini UEFA prezidenti vəzifəsinə yenə yeganə namizəd olacaq. "Report"un məlumatına görə, seçki 2015-ci ilin martında Avstriyanın paytaxtı Vyanada keçiriləcək. 

Əsasnamədə bildirilir ki, konqresə ən azı 3 ay qalmışadək prezident vəzifəsinə namizədlər UEFA administrasiyasına yazılı formada təklif olunmalıdır. Ərizələrin qəbul müddəti dekabrın 24-də başa çatıb. M.Platini yeganə namizəd olub. Bu isə fransalı funksionerin üçüncü müddətə - daha 4 il postunda qalacağı və Avropa futbol qurumuna ən azı 2019-cu ilədək rəhbərlik edəcəyi deməkdir. 

Qeyd edək ki, M.Platini 2007-ci ildən UEFA prezidentidir. O, həmin vaxt seçkidə Lennart Yuhanssonu "taxtdan salıb". M.Platininin 22 mart 2011-ci il seçkisində də alternativi olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi