Yuxarı
    Bağlamaq

    Mişel Platini: "Futboldan 8 il müddətinə kənarlaşdırılmağım əsl maxinasiyadır"

    Etika Komitəsi üzvlərinin səfər xərclərini kim ödəyir?

    Bakı. 29 dekabr. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılmasına dair FİFA Etika Komitəsinin qərarını şərh edib. "Report"un məlumatına görə, fransalı funksioner qərarı əsl maxinasiya adlandırıb.

    "Etika Komitəsini müstəqil adlandırırlar. Bəs komitə üzvlərinin səfər və iş xərclərini kim ödəyir? Bunu FİFA edir" deyən M.Platini güman edilən korrupsiya faktı ilə əlaqədar vergi ödəyən ilk şəxs olduğunu söyləyib. Onun sözlərinə görə, 2022-ci il dünya çempionatına ev sahibi seçimində Fransanın sabiq prezidentindən Qətərə səs verməsi heç vaxt xahiş olunmayıb: "Sadəcə, nahar zamanı Qətər nümayəndələri ilə görüşmüşəm. İstənilən halda mən bu seçimi etdim. İki təklif verdim: oyunlar dekabrda və ya təkcə Qətərdə deyil, digər körfəz ölkələrində keçirilsin".

    Qeyd edək ki, Mişel Platinidən əlavə, FİFA prezidenti Yozef Blatter də 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi