Mirça Luçesku Rumıniya yığmasının baş məşqçisi olacaq

Mirça Luçesku Rumıniya yığmasının baş məşqçisi olacaq O, "Şaxtyor"da da qalacaq
Futbol
11 Aprel , 2016 17:05
Mirça Luçesku Rumıniya yığmasının baş məşqçisi olacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Ukraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi Mirça Luçesku Rumıniya milli komandasında da çalışacaq. "Report"un məlumatına görə, bu barədə Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burlyanu açıqlama verib. 

O bildirib ki, M.Luçesku AVRO-2016-nın ardından "Şaxtyor"la yanaşı, yığmada da havayı çalışacaq: "Büdcəmiz yox dərəcəsindədir. Onsuz da M.Luçesku da təmənnasız çalışmağa hazırdır. O, Rumıniya yığmasının baş məşqçisi olmağı milli vəzifə kimi görür". 

Qeyd edək ki, Mirça Luçesku 12 ildir "Şaxtyor"un sükanı arxasındadır. 

Son xəbərlər

Orphus sistemi