Azərbaycan yığması Avropa çempionatının son seçmə oyununda Qazaxıstana uduzub

Azərbaycan yığması Avropa çempionatının son seçmə oyununda Qazaxıstana uduzub 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Futbol
19 Noyabr , 2019 17:56
Azərbaycan yığması Avropa çempionatının son seçmə oyununda Qazaxıstana uduzub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 3-cü dəqiqədə Dias Kuşkumbayev açıb. 85-ci dəqiqədə isə Alişer Raximjanov yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki qarşılaşmalarında Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzub. Hər 3 matçından məğlub ayrılan yığma 9-cu qrupda sonuncu yeri tutub.

Son xəbərlər

Orphus sistemi