"Milan" "Yuventus"a qalib gələrək İtaliya Superkubokunu qazanıb - VİDEO

"Milan" "Yuventus"a qalib gələrək İtaliya Superkubokunu qazanıb - VİDEO Oyun Qətərin paytaxtı Dohada keçirilib
Futbol
24 Dekabr , 2016 00:13
Milan Yuventusa qalib gələrək İtaliya Superkubokunu qazanıb - VİDEO

Bakı. 24 dekabr. REPORT.AZ/ İtaliyanın "Milan" və "Yuventus" klubları arasında ölkə Superkuboku uğrunda keçirilən görüş birincinin qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, Qətərin paytaxtı Dohada baş tutan matçın əsas və əlavə hissəsi 1:1 hesabı ilə başa çatıb.

Qalib oyunsonrası penaltilər nəticəsində müəyyənləşib.

İtaliya Superkuboku

"Milan" – "Yuventus" – 1:1 (penalti seriyası - 4:3)

Qollar: Corco Kyellini, 13 (0:1), Cakombo Bonaventura, 38 (1:1)

Bu, "Yuventus"un qapıçısı Canluici Buffonun 600 oyunu olub. O, bu göstərici üzrə ikincidir. Rekordçu klubun sabiq futbolçusu Alessandro Del Piyerodur (705).

Son xəbərlər

Orphus sistemi