“Milan”ın futbolçusu İspaniya klubuna keçib

“Milan”ın futbolçusu İspaniya klubuna keçib Karlos Bakka icarə əsasında “Vilyarreal”ın formasını geyinəcək
Futbol
16 Avqust , 2017 17:33
“Milan”ın futbolçusu İspaniya klubuna keçib

Bakı. 16 avqust. REPORT.AZ/ İtaliyanın “Milan” klubunun futbolçusu Karlos Bakka karyerasını İspaniya “Vilyarreal”ında davam etdirəcək.

“Report”un Valensiya təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, 31 yaşlı kolumbiyalı hücumçu 2017/2018 mövsümündə icarə əsasında “Vilyarreal”ın formasını geyinəcək.

Müqavilədə ispaniyalıların onun satınalma hüququna malik olmaları barədə də bənd var.

Qeyd edək ki, Karlos Bakka 2015-ci ilin yayında “Sevilya”dan “Milan”a keçib. O, İtaliya komandasının heyətində keçirdiyi 70 oyunda 31 qol vurub.

Son xəbərlər

Orphus sistemi