Yuxarı
    Bağlamaq

    "Milan"ın sabiq futbolçusu komandaya baş məşqçi kimi qayıdıb

    Təyinat bu gün rəsmiləşib

    Bakı. 26 may. REPORT.AZ/ Cennaro Qattuzo İtaliyanın "Milan" futbol klubuna qayıdıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 39 yaşlı mütəxəssis gənclər komandasına rəhbərlik edəcək.

    O, yeni işinin icrasına iyulda başlayacaq.

    Qeyd edək ki, Cennaro Qattuzo 2015-2016 mövsümündə "Piza"nı B Seriyasına çıxarıb. Lakin ötən mövsümün sonunda bu komanda yenidən aşağı liqaya enib. Əvvəllər Qattuzo "Palermo"nun, habelə, Yunanıstanın OFİ və İsveçrənin "Syon" klublarının baş məşqçisi olub. Futbolçu kimi isə o, "Milan"da 1999 - 2012-ci illərdə forma geyinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi