"Milan"ın sabiq futbolçusu İtaliya komandasının baş məşqçisi olub

"Milan"ın sabiq futbolçusu İtaliya komandasının baş məşqçisi olub Komanda A Seriyasında çıxış etmək üçün pley-off oyunlarında iştirak edəcək
Futbol
14 May , 2018 19:40
Milanın sabiq futbolçusu İtaliya komandasının baş məşqçisi olub

Bakı. 14 may. REPORT.AZ/ İtaliyanın "Milan" komandasının sabiq futbolçusu Alessandro Nesta İtaliya B Seriyasında mübarizə aparan "Perucia" komandasının baş məşqçisi olub.

"Report"un məlumatına görə, o, bu postda Roberto Bredanı əvəzləyib. 

Nesta artıq yeni komandasını məşqə də çıxarıb.

Qeyd edək ki, "Perucia" İtaliya B Seriyasında sona bir tur qalmış 60 xalla 8-ci pillədə qərarlaşıb. Komanda A Seriyasında çıxış etmək üçün pley-off oyunlarında iştirak edəcək. Nesta 2016-2017-ci illərdə ABŞ-ın "Mayami" komandasının baş məşqçisi olub.  

Son xəbərlər

Orphus sistemi