"Milan" İbrahimoviçin agenti ilə danışıq aparır

"Milan" İbrahimoviçin agenti ilə danışıq aparır Bakı. 20 noyabr. REPORT.AZ/ İtaliyanın Milan klubunun rəhbərliyi ABŞ təmsilçisi Los-Anceles Qelaksinin futbolçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola ilə görüşüb.
Futbol
20 Noyabr , 2018 12:46
Milan İbrahimoviçin agenti ilə danışıq aparır

Bakı. 20 noyabr. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun rəhbərliyi ABŞ təmsilçisi "Los-Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola ilə görüşüb. 

"Report" "Milan News"a istinadən xəbər verir ki, klub rəsmiləri 37 yaşlı hücumçu üçün 4 saatlıq danışıq aparıb. Müzakirənin əsas mövzusu isveçli forvardın İtaliya təmsilçisinin düşərgəsinə qayıtması olub. 

Bildirilir ki, "Milan" İbrahimoviçə 6 ay + 6 ay şərti ilə müqavilə təklif edib. Oyunçu isə öz növbəsində 18 aylıq sözləşmə istəyib. Onun ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq. 

Qeyd edək ki, İbrahimoviç 2010 - 2012-ci illər aralığında "Milan"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi