Miksu Paatelaynen: “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq”

Miksu Paatelaynen: “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq” "Heç bir görüş bizim üçün asan keçməyəcək"
Futbol
6 İyun , 2018 10:45
Miksu Paatelaynen: “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq”
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ “Azərbaycanla matçda heyətdə çoxlu dəyişiklik olacaq”.

“Report” delfi.lv saytına istinadən xəbər verir ki, bunu Latviya yığmasının baş məşqçisi Miksu Paatelaynen iyunun 9-da Riqada Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

Əlli bir yaşlı mütəxəssis bildirib ki, "Dauqava" stadionunda baş tutacaq görüş komandası üçün çətin olacaq: “Heç bir görüş bizim üçün asan keçməyəcək. Sentyabrda start götürəcək Millətlər Liqasınadək mümkün qədər çox futbolçuya baxmaq istəyirəm”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi