Miçel: "Qələbə istəyi "Arsenal"la oyunda da istisna olmayacaq"

Miçel: "Qələbə istəyi "Arsenal"la oyunda da istisna olmayacaq" Bakı. 27 sentyabr. REPORT.AZ/ Növbəti oyun və növbəti 3 xal. Çətin oyun oldu. Təxirə salınmış qarşılaşmada qələbə qazanaraq, Neftçi ilə xallarımızı bərabərləşdirdik. Məqsədimiz eyni xətlə yolumuza davam etməkdir.
Futbol
27 Sentyabr , 2018 04:24
Miçel: Qələbə istəyi Arsenalla oyunda da istisna olmayacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Növbəti oyun və növbəti 3 xal. Çətin oyun oldu. Təxirə salınmış qarşılaşmada qələbə qazanaraq, "Neftçi" ilə xallarımızı bərabərləşdirdik. Məqsədimiz eyni xətlə yolumuza davam etməkdir".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Miçel "Zirə"ni 3:2 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, zədə üzündən bir ayadək kənarda qalması çıxışlarına təsirsiz ötüşməyib: "Yenidən oynamağa başlayıram. Baş məşqçi mənə bu imkanı yaradır. Ötən mövsüm Çempionlar Liqasında İspaniya "Atletiko"suna qol vurmuşdumsa, yenidən fərqlənmək fikri ilə yaşaya bilmərəm. Əsas odur ki, komandama istənilən vasitə ilə - həm müdafiə, həm yarımmüdafiə xətlərində, həm də məhsuldar ötürmələrlə kömək edim. Qol vursam, lap mükəmməl olar. Qalır öz üzərimdə çalışmaq".

Miçel bir müddət əvvəl aldığı zədənin xüsusiyyətindən də danışıb: "Bu, elə bir zədədir ki, məndə əvvəllər də olub. Qarın əzələlərimlə əlaqədar çox incə, qəliz zədədir. Buna görə ehtiyatlı olmağım lazımdır. Hər şey gedişatdan asılıdır".

O, rəqib "Arsenal"dan da danışıb: "Nəzərə almalıyıq ki, rəqib "Arsenal"dır, hər il Çempionlar Liqasında görməyə alışdığımız komandadır. Heç-heçə olsa belə, bunu müsbət qarşılamaq lazımdır. Lakin biz evdə keçirdiyimiz bütün oyunlara qələbə istəyi ilə çıxırıq. Bu dəfə də istisna olmayacaq. Qələbə olarsa, lap əla! Lakin heç-heçəni də müsbət qarşılayacağıq". 

Son xəbərlər

Orphus sistemi