Yuxarı

Miçel Madeyra: “Hücumlarda qığılcım çatmırdı”

Miçel Madeyra: “Hücumlarda qığılcım çatmırdı”

Bakı. 11 noyabr. REPORT.AZ/ “Yorğunluğun təsiri var. Lakin artıq bu ritmə alışmışıq. Müəyyən müddətdir cümə axşamları oyunlarımız olur. Düzgün rejim və istirahətlə bu oyunlara hazırlaşırıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Miçel Madeyra Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” üzərində əldə edilən 3:1 hesablı qələbədən sonra söyləyib.

Oyunun 64-cü dəqiqəsində Ağdam komandasının 2-ci qoluna imza atan ispaniyalı yarımmüdafiəçi ikinci hissədə tempi artırmalarını oyuna köklənməyi bacarmaları ilə əlaqələndirib: “Bütün bunun arxasında yaxşı hazırlıq durur. Digər tərəfdən köklənmən yüksək səviyyədədirsə və inanırsansa, meydana inamla çıxırsan və bu, səndə alınır.Vurduğum qolda daha çox pay sahibi mən, yoxsa rəqibin qapıçısıdrmı? Əsas odur ki, cəhd etmək lazımdır və mən də bunu etdim. Top qapı xəttini keçəndən sonra kimin sayəsində olması önəm kəsb etmir”.

Miçel bildirib ki, ilk hissədə qol vura bilməməklərinə rəğmən, yaxşı oynayıblar: “Birinci hissədə də topa nəzarət bizdə idi, rəqibi qapısına sıxışdırmışdıq. Sadəcə olaraq, hücumlarda qığılcım çatmırdı. Fasilədən sonra bu çatışmazlığı aradan qaldırdıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi