Yuxarı

"Qarabağ"ın futbolçusu İspaniyada xeyriyyə matçında iştirak edib - FOTO

Miçel İspaniyada xeyriyyə matçında oynadı
Miçel futzal oynayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ “Qarabağ” klubunun futbolçusu Miçel Madeyra vətəni İspaniyada xeyriyyə matçında iştirak edib.

“Report” “La Nueva Espana”ya istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunmuş futzal oyununda meydana çıxıb.

Görüşdə “Real Ovyedo” və Xixon “Sportinq”inin sabiq futbolçuları forma geyiniblər. Oyunda sonra fikirlərini bölüşən Miçel bildirib ki, köhnə dost-tanışlarını görmək və ehtiyacı olanlara kömək etmək onun üçün xoşdur.

Qeyd edək ki, “Real Ovyedo”nun yetirməsi olan Miçel karyerası ərzində vətənində “Hetafe”, İngiltərənin “Birmingem”, Yunanıstanın AEK və İsrailin “Makkabi” (Hayfa) komandalarının da formasını geyinib. O, 2015-ci ilin yayından “Qarabağ”da çıxış edir. Kini isə Xixon "Sportinq"inin heyətində 5 dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub. Veteran hücumçu bu ilin fevralında ürək tutmasından vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi