Məsut Özil beşinci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib

Məsut Özil beşinci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib 28 yaşlı xavbek səsvermədə Toni Kroos və Yonas Hektoru qabaqlayıb
Futbol
16 Yanvar , 2017 03:49
Məsut Özil beşinci dəfə Almaniyanın ən yaxşı futbolçusu seçilib

Bakı. 16 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Almaniyada 2016-cı ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının məlumatında bildirilir.

Özil 54,5% səs toplayaraq milli komanda yoldaşı və "Real"ın xavbeki Toni Kroosu (33,9%) sanballı səs çoxluğu ilə geridə qoyub. Səsvermədə üçüncü yeri "Köln"in müdafiəçisi Yonas Hektor (4%) tutub.

Bu, Özilin altı il ərzində 5-ci mükafatı olub. O, yalnız 2014-cü ildə Toni Kroosa məğlub olub.

Son xəbərlər

Orphus sistemi