Messinin transfer qiyməti 400 milyon avro təşkil edəcək

Messinin transfer qiyməti 400 milyon avro təşkil edəcək Yeni sövdələşmənin müddəti 2021-ci ilədək nəzərdə tutulub
Futbol
8 İyun , 2017 11:43
Messinin  transfer qiyməti 400 milyon avro təşkil edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu ilə Lionel Messi arasında bağlanılacaq yeni müqavilədə argentinalı futbolçunun transfer qiyməti 400 milyon avro göstəriləcək. “Report” xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Yeni sövdələşmənin müddəti 2021-ci ilədək nəzərdə tutulub. 30 yaşlı hücumçunun qazancı 120 milyon avro olacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 16 oktyabr 2004-cü ildə debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.

Son xəbərlər

Orphus sistemi