Lionel ​Messinin qardaşına ittiham irəli sürülüb

Lionel ​Messinin qardaşına ittiham irəli sürülüb Matias Messi ikinci dəfə qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb
Futbol
5 Oktyabr , 2015 09:50
Lionel ​Messinin qardaşına ittiham irəli sürülüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin böyük qardaşı Matias Messi qanunsuz silah gəzdirməkdə ittiham olunur. "Report"un xarici KİV-ə istinadən məlumatına görə, oktyabrın 3-də Argentinanın Rosario şəhərində polis əməliyyat keçirərkən Matiasın da avtomobilində yoxlama aparıb. 

Baxış zamanı maşından lisenziyası olmayan tapança aşkar edilib. O, 4 saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Matias Messi 2008-ci ildə də oxşar hadisə ilə üzləşib. Həmin vaxt da Lionel Messinin qardaşı qanunsuz silah gəzdirdiyi üçün həbs edilib. 

Son xəbərlər

Orphus sistemi