Yuxarı

Messi karyerasında 500-cü qolunu vurub

Bu qolların 450-si klub oyunlarında, 50-si millidə qeydə alınıb

Bakı. 18 Aprel. REPORT.AZ/ Argentinalı futbolçu Lionel Messi peşəkar karyerası ərzində 500-cü qoluna imza atıb.

“Report” xəbər verir ki, “Barselona”nın forvardı bu qolu İspaniya La Liqasının 33-cü turunda “Valensiya”ya qarşı keçirilən oyunda vurub.

Argentinalı futbolçunun hesabında klub oyunlarında vurulan 450 qol və milli komandada qeydə alınan 50 qol var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi