Yuxarı

Messi hər mövsümdən sonra "Barselona" ilə müqaviləsini ləğv edə bilər

Messi hər mövsümdən son "Barselona" ilə müqaviləsini ləğv edə bilər

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi klubla müqaviləni vaxtından əvvəl ləğv etmək iqtidarına malikdir.

"Report" "El Pais"ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə sözləşməsində belə bir maddənin olduğu üzə çıxıb.

Argentinalı oyunçu 2017-ci ildə klubla yeni sözləşmə imzalayanda müvafiq hüququ özündə saxlayıb. Bildirilir ki, Messi 32 yaşına çatdıqdan sonra hər il iyunun 30-da Kataloniya təmsilçisi ilə əməkdaşlığı sürdürməkdən imtina edə bilər.

"Barselona"nın müdafiəçisi Xerar Pike ESPN-ə açıqlamasında məlumatı təsdiqləyib: "Mən bilirdim ki, Messi hər mövsümün sonunda klubu pulsuz tərk edə bilər. Ancaq onun "Barselona"ya nə qədər sadiq olduğunu bilirik. Buna görə də narahat deyiləm".

Qeyd edək ki, bu il iyunun 24-də Messinin 32 yaşı olub. O, İspaniya klubunda 10 dəfə La Liqa çempionu, 6 dəfə ölkə kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi