“2014-cü ildə vergi orqanları ilə probleminə görə “Barselona”nı tərk edə bilərdim. Çətin bir dövr keçirdim, ancaq klubdakı insanların dəstəyi sayəsində bunun öhdəsindən gəldim. Bu da burada oynamağıma imkan yaratdı. Həmin vaxt İspaniyada özümü rahat hiss etmirdim”.
“Report” “Get French Football News” portalına istinadən xəbər verir ki, bunu altıncı dəfə “Qızıl top” mükafatını alan İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi deyib.
32 yaşlı argentinalı hücumçunun sözlərinə görə, daim digər klublardan təklif alır: “Messi. Bir neçə klub nə istədiyimi bilsə də, məni gözləyirlər”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi sayılan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə “Qızıl buts”a layiq görülüb.