Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”

Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam” Lionel Messi kapitanı olduğu İspaniyanın “Barselona” komandasını 2013-2014-cü illərdə tərk etmək istəyib.
Futbol
9 Oktyabr , 2019 11:31
Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”
google.az

Lionel Messi kapitanı olduğu İspaniyanın “Barselona” komandasını 2013-2014-cü illərdə tərk etmək istəyib.

“Report” xəbər verir ki, argentinalı hücumçu bu barədə “RAC 1”ə müsahibəsində deyib. 32 yaşlı forvard İspaniyanın vergi orqanları ilə problem yaşadığı üçün belə bir addım atmaq barədə düşündüyünü vurğulayıb: “Vergi ilə bağlı problem yaşayanda getmək barədə düşünürdüm. Amma “Barselona”nı deyil, İspaniyanı tərk etmək istəyimdən irəli gəlirdi. Heç vaxt başqa klubdan rəsmi təklif almamışam. Çünki hər kəs burada qalmaq istədiyimi bilir”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

Son xəbərlər

Orphus sistemi