Yuxarı

Messi 2017-ci ildə vurulan qolların sayına görə Ronaldunu geridə qoyub

Messi 2017-ci ildə vurulan qolların sayına görə Ronaldunu geridə qoyub
Ronaldunun hesabında isə 53 qol var

Bakı. 23 dekabr. REPORT.AZ/ "Barselona" futbol klubunun İspaniya çempionatının 17-ci turunda "Real" ilə baş tutan oyunda fərqlənən hücumçusu Lionel Messi bu il vurduğu qolların sayını 54-ə çatdırıb və bu göstəriciyə görə liderdir.

“Report” xəbər verir ki, argentinalı 2017-ci ildə 53 qol vuran "Real"ın hücumçusu Kriştianu Ronaldunu qabaqlaya bilib.

Messi başa çatmaqda olan 2017-ci ildə "Barselona"da 50, Argentina yığmasının heyətində isə 4 qol vurub. Ronaldunun hesabında isə "Real"a görə 42, Portuqlaliya millisinə görə isə 11 qol var.

Bir təqvim ilində Robert Levandovski ("Bavariya") və Edison Kavani (PSJ) də Ronaldu qədər qol vurub.

Yuxarıda adları hallanan futbolçular bu il daha oyun keçirməyəcəklər, "Tottenhem Hotspur" klubunun hücumçusu Harri Keynin isə (50 qol) hələ iki matçı qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi