Məşqçilər Komitəsinin üzvləri də Antalyaya gedəcək

Məşqçilər Komitəsinin üzvləri də Antalyaya gedəcək Robert Prosineçki yanvarın 9-dan Türkiyədə olacaq
Futbol
22 Dekabr , 2014 17:14
Məşqçilər Komitəsinin üzvləri də Antalyaya gedəcək

Bakı. 22 dekabr. REPORT.AZ/ AFFA prezidentinin əmri ilə yaradılan Məşqçilər Komitəsinin üzvləri də gələn ay Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacaq. Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 2015-ci il yanvarın 14-dən başlanacaq səfər müddətində onlar klubların məşqlərini izləyəcəklər. Səfərin müddəti Azərbaycan yığmasının baş məşqçisi R.Prosineçkinin Antalyada nə qədər qalmasından asılı olacaq. R.Prosineçki yanvarın 9-dan qardaş ölkədə olacaq və o, yekunda Məşqçilər Komitəsi ilə bir araya gələcək. 

Antalya toplanışı başa çatdıqdan sonra Məşqçilər Komitəsinin üzvləri Klublar Komitəsinin sədri Tuyqun Nadirovla da görüşərək, hazırlıq prosesində müşahidə etdiklərini bölüşəcəklər.

Son xəbərlər

Orphus sistemi