AFFA Məşqçilər Komitəsi "Xəzər Lənkəran" klubu ilə görüşüb

AFFA Məşqçilər Komitəsi "Xəzər Lənkəran" klubu ilə görüşüb Görüşdə bir çox mövzuda fikir mübadiləsi aparılıb
Futbol
2 Mart , 2016 19:45
AFFA Məşqçilər Komitəsi Xəzər Lənkəran klubu ilə görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov "Xəzər Lənkəran" klubunun nümayəndələri ilə görüş keçirib. "Report"un məlumatına görə, Lənkəranda baş tutmuş görüşdə "ağ-yaşıllar"ın baş məşqçisi Elbrus Məmmədov və klubun idman direktoru Yunis Hüseynov iştirak edib.

Görüşdə bir çox mövzuda fikir mübadiləsi aparılıb. Komitənin digər üzvləri isə Bakıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin digər oyunlarını və 16 yaşadək futbolçulardan ibarət yığmanın Ukraynadan olan həmyaşıdları ilə görüşünü izləyəcək.

Son xəbərlər

Orphus sistemi