Yuxarı

Məşhur məşqçi üçüncü dəfə Braziliya komandasının baş məşqçisi təyin olunub

Məşhur məşqçi üçüncü dəfə Braziliya komandasının baş məşqçisi təyin olunub

Bakı. 27 iyul. REPORT.AZ/ Məşhur futbol məşqçisi Felipe Skolari üçüncü dəfə Braziliyanın “Palmeyras” komandasının sükanı arxasına keçib.

“Report” xəbər verir ki, 69 yaşlı braziliyalı mütəxəssislə 2020-ci ilə qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Skolari 1997 – 2000 və 2010 – 2012-ci illərdə də “Palmeyras”a rəhbərlik edib. İki dəfə Braziliya millsinin baş məşqçisi olan mütəxəssis, 2002-ci il dünya çempionatının və 2013-cü il Konfederasiyalar Kubokunun qalibidir. O, Portuqaliya yığmasını, İngiltərə “Çelsi”sini və Çinin “Quançjou Everqrand” komandalarını da çalışdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi