Məşhur klubun 7 futbolçusundan dopinq tapılıb

Məşhur klubun 7 futbolçusundan dopinq tapılıb "River Pleyt" 36 qat Argentina çempionu və Libertadores Kubokunun 3 qat qalibidir
Futbol
23 İyun , 2017 09:57
Məşhur klubun 7 futbolçusundan dopinq tapılıb

Bakı. 23 iyun. REPORT.AZ/ Argentinanın “River Pleyt” komandasının 7 futbolçusunun dopinq-testi müsbət nəticə verib. “Report”un “Cronica” telekanalına istinadən verdiyi məlumata görə, bunlar - müdafiəçilər Lukas Martines və Conatan Maydana, yarımmüdafiəçilər Kamilo Mayda, Leonardo Pontsio və İqnasio Fernandes, hücumçular Sebastyan Driussi və Lukas Alariodur. 

Oyunçulardan götürülmüş nümunələrdə qadağan olunmuş hidroxlortiazid maddəsi aşkarlanıb. 3 futbolçunun belə maddədən yararlandığı təsdiqlənib, qalanları üçün isə hələ təsdiq cavabı gəlməyib. 

Qeyd edək ki, “River Pleyt” 36 qat Argentina çempionu və Libertadores Kubokunun 3 qat qalibidir.

Son xəbərlər

Orphus sistemi