Məşhur futbolçunun yeni klubu müəyyənləşib

Məşhur futbolçunun yeni klubu müəyyənləşib Bakı. 26 dekabr. REPORT.AZ/ İtaliyanın İnter klubunun sabiq futbolçusu Maykonun yeni klubu müəyyənləşib.
Futbol
26 Dekabr , 2018 18:23
Məşhur futbolçunun yeni klubu müəyyənləşib

Bakı. 26 dekabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun sabiq futbolçusu Maykonun yeni klubu müəyyənləşib. 

"Report" xəbər verir ki, 37 yaşlı braziliyalı müdafiəçi karyerasını ölkəsinin "Krisiuma” klubunda davam etdirəcək. Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. Onun klubla sözləşməsi 2019-cu ilin dekabrına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Maykon "İnter"in heyətində 4 dəfə İtaliya çempionatının, bir dəfə isə Çempionlar Liqasının qalibi olub. O, son olaraq, 2017-ci ilin dekabrında Braziliyanın "Avai" klubunun heyətində oyuna çıxıb. 

Son xəbərlər

Orphus sistemi