Məşhur futbolçu at yarışında debüt edib

Məşhur futbolçu at yarışında debüt edib Maykl Ouen xeyriyyə turnirində mükafatçılar sırasına düşüb
Futbol
25 Noyabr , 2017 11:07
Məşhur futbolçu at yarışında debüt edib

Bakı. 25 noyabr. REPORT.AZ/ İngiltərə millisinin sabiq futbolçusu Maykl Ouen at yarışında çapar kimi debüt edib.

“Report” “Daily Mail”a istinadən xəbər verir ki, 37 yaşlı veteran hücumçu Askot şəhərində təşkil edilən xeyriyyə turnirində mükafatçılar sırasına düşüb.

O, 10 nəfər həvəskar çaparın qatıldığı 1400 metr məsafəlik ötüşmədə 2-ci yeri tutub. Yarışı Şahzadə Çarlz və Kamilla Parker Boulz da izləyib.

Qeyd edək ki, İngiltərə millisinin heyətində 89 oyun keçirib 40 qol vuran M.Ouen, karyerası ərzində “Liverpul”, “Mançester Yunayted”, “Nyukasl”, “Stok Siti” və “Real Madrid” klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi