Mərkəzi Klinik Xəstəxana: Böyükağa Hacıyevin vəziyyəti sabitdir - YENİLƏNİB-2

Mərkəzi Klinik Xəstəxana: Böyükağa Hacıyevin vəziyyəti sabitdir - YENİLƏNİB-2 Bakı. 8 fevral. REPORT.AZ/ Neftçi və Bakı klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti sabitdir.
Futbol
8 Fevral , 2018 00:38
Mərkəzi Klinik Xəstəxana: Böyükağa Hacıyevin vəziyyəti sabitdir - YENİLƏNİB-2

Bakı. 8 fevral. REPORT.AZ/ "Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti sabitdir.

Bu barədə "Report"a onun əməliyyat olunduğu Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

"Böyükağa Hacıyevin vəziyyəti stabildir, ürəyinə stend qoyulub. Onun əməliyyat edilməsinə ehtiyac yoxdur", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib. 

Qeyd edək ki, Böyükağa Hacıyev ötən axşam Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub. Onun ürəyinə iki stend qoyulub.


***22:01

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev əməliyyat olunub. 

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun "Report"a verdiyi məlumata görə, Hacıyevin ürəyinə iki stend qoyulub və damarları açılaraq, qan dövranı bərpa edilib. 

Sabah vəziyyətdən asılı olaraq, müalicənin hansı istiqamətdə davam etdirilməsi ilə bağlı müvafiq qərar veriləcək.


***21:20

"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 60 yaşlı mütəxəssis infarkt keçirib. Hacıyev az əvvəl Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Sadıqov bildirib ki, tanınmış mütəxəssis bir həftə öncə insult keçirib. Nəticədə o, "Modern" xəstəxanasına müalicəyə alınıb. Lakin Hacıyevin 6 il əvvəl Rusiyanın paytaxtı Moskvada keçirdiyi ağır əməliyyatın da təsiri ilə sabiq baş məşqçinin bu gün ürəyində problem yaranıb. Məsləhətləşmələrdən sonra tanınmış mütəxəssisin Mərkəzi Klinik Xəstəxanaya köçürülməsi qərara alınıb.

Sadıqov Hacıyevin səhhətinin ilk gündən AFFA rəhbərliyinin diqqətində olduğunu və bütün lazımi köməkliklərin edildiyini də vurğulayıb.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

Son xəbərlər

Orphus sistemi