Məqsəd İsayev: "Neftçi"nin uğursuzluğu klubun gəncləşdirilməsi ilə əlaqəlidir"

Məqsəd İsayev: "Neftçi"nin uğursuzluğu klubun gəncləşdirilməsi ilə əlaqəlidir" O, komandanın tədricən öz oyununu tapacağını qeyd edib
Futbol
28 Oktyabr , 2015 23:23
Məqsəd İsayev: Neftçinin uğursuzluğu klubun gəncləşdirilməsi ilə əlaqəlidir

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Şanslarımız oldu. Düzdür, yalnız birindən istifadə etdik. "İnşaallah "Sumqayıt"la oyunda qələbə qazanarıq".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan çempionatının 10-cu turunda "İnter"lə oyunda qələbəni son anda əldən verən "Neftçi" klubunun futbolçusu Məqsəd İsayev deyib.

O, "Sumqayıt" ardıcıl iki turdur qələbə qazanır, onları udmaq sizin üçün çətin olmaz ki? sualına cavab olaraq, ümumiyyətlə bütün komandalarla oyunların çətin olduğunu bildirib.

"Neftçi"nin cari mövsümdəki uğursuzluqlarına münsibət bildirən futbolçu, bunu komandada aparılan gəncləşdirmə siyasəti və kollektivə yeni oyunçuların cəlb edilməsi ilə əlaqələndirib. O, komandanın tədricən öz oyununu tapacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi