Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən təxirə salınıb

Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən təxirə salınıb Ədalət təmsilçiləri onlara hücum edən futbolçuların cəzalarını yüngül sayırlar
Futbol
13 Mart , 2017 10:50
Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən təxirə salınıb

Bakı. 13 mart. REPORT.AZ/ Futbol üzrə Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən qeyri-müəyyən müddətədək təxirə salınıb.

"Report"un Meksika Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ədalət təmsilçiləri öz işlərini yerinə yetirməkdən imtina ediblər.

Yerli mətbuat yazır ki, referilər onlara hücum edən "Amerika"nın oyunçusu Pablo Agilar və "Toluka"nın futbolçusu Enrike Triverionun müvafiq olaraq, 10 və 7 oyunluq cəzalanmalarından narazı qalıblar. Ədalət təmsilçiləri bu cəzanı yüngül sayıblar.

Oyunların yeni tarixləri hələ müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi